Rusiyanın paytaxtı Moskvada səbəbsiz yerə insanlara hücum edən 29 yaşlı qadın saxlanılıb.
Teleqraf.com xəbər verir ki, 29 yaşlı qadın əvvəlcə yolda anası ilə hərəkət edən körpə uşağa hücum edərək ona zərbə endirib.
Daha sonra avtomobili ilə məşğul olan başqa qadını vurub. Sonra binanın girişində duran şəxsə hücum etməyə cəhd edib.
Gənc qadının bu hərəkətləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Rusiya Daxili İşlər Nazirliyi bəyan edib ki, gənc qadının bu hərəkətlərinin səbəbləri araşdırılır.