5 Mart 2021 21:49
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, AKP-nin sözçüsü Ömər Çelik, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.

Görüşdə Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər