6 Mart 2021 20:54
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həştərxanda Türkmənistanın Logistika Mərkəzinin yaradılması məsələləri ilə bağlı görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, tərəflər Həştərxan vilayətində yaradılan xüsusi liman iqtisadi zonasının ərazisində Türkmənistanın logistika mərkəzinin açılması aspektlərini müzakirə ediblər.

Tərəflər arasında Xəzər regionunda ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası, həmçinin iqtisadi ərazidə Türkmənistanın logistika mərkəzinin yaradılması məsələsinin müzakirəsi kontekstində xüsusi iqtisadi zonanın əmtəə axınlarının optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün platforma, eləcə də investisiya fəallığı, ekspeditor və nəqliyyat şirkətlərinin fəaliyyəti üçün əlverişli iqtisadi mühitin formalaşdırılması kimi nəzərdən keçirildiyi vurğulanıb.

Tərəflər yaxın vaxtlarda bu istiqamətdə tərəfdaşlıq məsələlərini daha ətraflı müzakirə etmək üçün Türkmənistanın və Rusiyanın Həştərxan vilayətinin aidiyyəti strukturlarının görüşünü təşkil etməyi planlaşdırırlar.


Müəllif: Teleqraf.com