Gürcüstan keçmiş baş naziri Bidzina İvanişvili ölkəni özəlləşdirib.
Teleqraf.com gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib. Onun sözlərinə görə, İvanişvili Gürcüstanda keçmiş seçki sistemini ləğv edərək, diktatura rejimini qurub. O İvanişvilini Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə və Acaristan Muxtar Respublikasının keçmiş başçısı Aslan Abaşidze ilə müqayisə edərib:
“Bu üç şəxs öz hərəkətlərinə və opponentlərinin rekasiyasına görə bir-birinə çox bənzəyir”.
Ancaq buna baxmayaraq, Saakaşvili 2016-cı ildə Gürcüstanda baş tutacaq seçkilər zamanı sabiq partiyasının qalib gələcəyinə inandığını qeyd edib.
Samir