27 Oktyabr 2014 15:40
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada məzarlardan 150 cəsədi oğurlayıb evində saxlayan tarixçi haqqında məhkəmə son qərarını verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nijni Novqorod şəhərində baş verib. Anatoli Moskvın adlı tarixçi uzun illər əvvəl ölmüş qız uşaqlarının cəsədlərini oğurladıqdan sonra evinə apararaq mumiyalayıb.

Rusiya televiziyasının xəbərinə görə, o, məzarlardan 3-12 yaş arasındakı 150 qız uşağının cəsədlərini oğurlayıb. Onun evində mumyalayıb saxladığı cəsədlərə ad günü partiləri də təşkil etdiyi ortaya çıxıb.

Hadisə haqqında polisə məlumatı Anatoli Moskvinin anası verib.

Moskva Məhkəməsi tarixçinin ruhi sağlamlığının yerində olmadığı üçün ömürlük psixiatriya klinikasında saxlanılması qərarını verib.

Polis onun 13 xarici dil bildiyini və tanışları tərəfindən dahi kimi tanındığını bildirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər