15 Mart 2021 15:30
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə höküməti gələn həftə Rusiyanı ölkəsi üçün “bir nömrəli təhlükə” adlandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sunday Times” Baş nazir Boris Conson tərəfindən təqdim ediləcək təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinin hərtərəfli icmalına istinadən məlumat verib.

Nəşrə görə, belə bir bəyanatın verilməsi Rusiya tərəfindən tez-tez İngiltərənin su və hava məkanına təcavüzkar müdaxilələr ilə izah olunur.

Bundan əlavə, məqalədə iqtisadi təhlükə xarakteri daşıyan bir rəqib ölkə olaraq Çin adı çəkilib.

Nəşrin müəllifləri Birləşmiş Krallığın xərclərinin artdığına diqqət çəkib və qeyd ediblər ki, bu, Londonun Moskva və Pekinlə qarşılaşmasına rəvac verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər