ABŞ-da Qərbi Afrikadan qayıdan onlarla hərbçi karantinə alınıb.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bildirib.
Onun sözlərinə görə, hərbçilərin heç birində Ebola virusuna yoluxmanın simptomları müşahidə olunmur. Lakin hər ehtimala qarşı həmin hərbçilər Amerikanın İtaliyadakı hərbi bazasında nəzarət altına alınıblar.
"Onlara hərbi bazanın ərazisini tərk etmək qadağan olunub. Söhbət situasiyanın gücləndirilmiş şəkildə nəzarət altında saxlanılmasından gedir", - Uorren deyib.
Qeyd olunur ki, yaxın günlərdə daha bir qrup Amerika əsgəri karantinə alınacaq.
Nihad