19 Mart 2021 11:17
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya başda Suriya və Liviya olmaqla, bütün xarici əməliyyatlarda Sevastopoldan logistika və tədarük mərkəzi olaraq istifadə edir”.

Teleqraf.com xəbər verir ki, bunu Krım parlamentinin spikeri Refat Çubarov deyib.

“Bütün hərbi qüvvə və silah tədarükü Sevastopoldan həyata keçirilir. Bu səbəbdən də bölgədə ən qorxunc raketlər yerləşdirilib. Rusiyanın bölgədə yerləşdirdiyi hava müdafiə sistemləri qalxan rolunu oynayır. Rusiyanın ən inkişaf etdirilmiş radar sistemləri Sevastopolda qurulub”, - Çubarov bildirib.

O, Rusiyanın Krıma nüvə silahları ilə yanaşı, hava, dəniz və quru raketləri və qoşunları da göndərdiyini açıqlayıb.

Çubarov Rusiyanın 2014-2021-ci illərdə Krıma 500 min canlı qüvvə gətirdiyini söyləyib.

Spiker Krımın əsl sahibinin ruslar yox, tatarlar olduğunu qeyd edib:

“Tatarlar bu torpaqların əsl sahibləridir və 1780-ci illərdə bu torpaqların 95 faizi bizə məxsus idi. Sonradan sistemli soyqırımı və sürgünlər səbəbindən bu torpaqların 70 faizi əlimizdən alındı. Krımda yaşayan müsəlman türklər işğalçı qüvvələr tərəfindən terrorçu kimi qəbul edilir və hədəf alınır. Saxta məhkəmələrlə həbs olunurlar. Onlarla qardaşımız həbs edilib. 2014-2021-ci illərdə Krımdan mühacirətə gedən tatarların sayı 30 minə çatıb”.

Çubarov hesab edir ki, Türkiyənin baş verənlərə reaksiyası Rusiya üçün xüsusi əhəmiyyətə malikdir:

“Atdıqları hər addımda Türkiyənin nə deyəcəyinə baxırlar. Türkiyənin Krım siyasəti, Ukraynanın ərazi bütövlüyünü tanıması və bu haqda açıqlamaları, eləcə də işğala qarşı bəyanatları Kremli kifayət qədər narahat edir. Türkiyənin mövqeyi Rusiya üçün ABŞ və ya Avropanın nə deməsindən daha önəmlidir. Türkiyə olmasaydı, vəziyyət bizim üçün daha dəhşətli olacaqdı. Krım tatarları üçün ən böyük təminat Türkiyənin yanımızda olmasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər