21 Mart 2021 15:20
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə millətçi fəal Sergey Sternenkonun həbsinə etiraz olaraq aksiya keçirilib.

Teleqraf.com xəbər verir ki, etirazçılar Sternenkonun sərbəst buraxılmasını tələb ediblər.

Minlərlə nümayişçi prezident ofisinin divarlarını boyayıb, polisə fişəng və səs bombaları atıblar. Etirazçılar binaya girməyə cəhd ediblər.

Polis binanın qapı və pəncərələrini zədələyən nümayişçilərə müdaxilə etmək məcburiyyətində qalıb.

Keçmiş millət vəkilini oğurlamaqda ittiham olunan Sternenko məhkəmə tərəfindən 7 il həbs cəzasına məhkum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər