22 Mart 2021 15:30
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmadakı hərbi çevrilişə qarşı çıxan və hərbi xuntanı tanımayan siyasətçilər nümayişçiləri təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsindən qorumaq üçün “xalq ordusu” qurmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkədə mülki hakimiyyəti bərpa etmək üçün deputatlar tərəfindən qurulan Milli Məclis Nümayəndələr Komitəsinin (CRPH) üzvü Zin Mar Aun açıqlama verib.

O, silahlı qüvvə yaratmaq üçün etnik silahlı qruplarla görüşdüklərini söyləyib, müvafiq tərəflərlə danışıqların aparıldığını açıqlayıb.

Aun bu məsələni çevrilişə qarşı çıxan siyasi partiya və etirazçı qqüvvələrlə yanaşı, etnik silahlı qruplarla da müzakirə etdiklərini deyib: “Aldığımız cavablar müsbətdir”

Komitənin artıq etnik silahlı qrupları terrorçu kimi qəbul etmədiyini vurğulayan Aun bildirib: “Myanma xalqı ilə birlikdə xuntaya qarşı hərəkət etmək qərarına gələn bütün etnik silahlı qruplara təşəkkür edirik”.

Aun Myanma ordusunda öz xalqını hədəf almaq istəməyən əsgərlərin olduğunu söyləyib və vicdanlı hərbçiləri xuntaya qarşı mübarizəyə çağırıb.

O, Myanmanı böhrandan qurtarmaq üçün xarici müdaxiləni gözləməyin faydasız olduğunu da qeyd edib.

Xatırladaq ki, Myanma silahlı qüvvələri fevralın 1-də hakimiyyəti ələ keçirdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər