Pakistanda LGBT icması üzvləri üçün açılmış mədrəsədə Quranın tədrisinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Agentlik dərslərin mədrəsədə 34 yaşlı Rani Xan tərəfindən verildiyini bildirib.
Rani Xan oktyabr ayında ikiotaqlı mədrəsəni açmazdan əvvəl dini məktəbdə təhsil aldığını deyib.
Pakistan parlamenti 2018-ci ildə “üçüncü cins”i tanıyıb.