ABŞ Misirə 200 milyon dollar yardım edəcək.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ maliyyə naziri Yakob Lev misirli həmkarı Xani Qədirlə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, yardımın əsas məqsədi Misir iqtisadiyyatının gücləndirilməsidir.
Lev iki ölkə arasında iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması üçün gələn ilin fevral ayında Misirə səfər edəcəyini bildirib.
Bu arada Misirdə yerli və xarici investorları cəlb etmək məqsədilə 2015-ci ilin fevralında Misir İqtisadi Zirvə Toplantısının keçirilməsi planlaşdırılır.
Samir