Çinin xarici işlər naziri Van İ İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə İrana rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
S.Xətibzadənin sözlərinə görə, Çin xarici işlər nazirinin 2 günlük səfəri 26 martda başlayacaq.
Xətibzadə əlavə edib ki, Çin xarici işlər naziri səfər çərçivəsində İran prezidenti ilə də görüşəcək: “Görüşlərdə ikitərəfli strateji münasibətlərin gücləndirilməsi yolları araşdırılacaq, regional və beynəlxalq proseslər barədə fikir mübadilələri aparılacaq”.