23 Mart 2021 17:08
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Ümumdünya Su və Su Resursları Günü münasibətilə təşkilata üzv dövlətlərə müraciəti yayılıb.

ICESCO-dan Teleqraf.com-a bildiriblər ki, müraciətdə COVID-19 pandemiyası dövründə su ehtiyatlarından səmərəli istifadə və sanitariyanın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, içməli suyun hər kəs üçün əlçatan olması məqsədilə su təsərrüfatında, o cümlədən kanalizasiya sistemlərinin quraşdırılmasında innovativ texnologiyaların tətbiqi xüsusilə mühümdür. “Pandemiya şəraitində Ümumdünya Su Günü münasibətilə təşkilat tərəfindən “Suyu qiymətləndirək” şüarı altında keçirilir. ICESCO üzv ölkələri SDG (Dayanıqlı İnkişaf Hədəfləri) proqramında su ehtiyatları ilə bağlı vəzifələri yerinə yetirməyə çağırır. Su ehtiyatlarından səmərəli istifadənin əlaqələndirilməsi, içməli su və kanalizasiya xidmətlərinin hamı üçün əlçatan olması hamımız üçün ümdə vəzifə olaraq qalır. Belə ki, iqlim dəyişiklikləri fonunda su təsərrüfatında vəziyyət daha da çətinləşir. Bu səbəbdən bir çox ölkələr və icmalar təmiz su təchizatı və torpaqların suvarılması ilə əlaqədar problemlərlə qarşılaşır”, - deyə müraciətdə qeyd edilir.

Təşkilat vurğulayır ki, sözügedən sahədə yaranmış vəziyyət təcili tədbirlərin həyata keçirilməsini tələb edir. Ötən il ICESCO tərəfindən İslam ölkələrindəki 1000-dən artıq məktəbdə su və kanalizasiya sisteminin qurulması ilə bağlı proqram reallaşdırılıb. Bundan başqa, təşkilat gələn il Dakarda keçiriləcək “Su təhlükəsizliyi sülh və inkişaf naminə” adlı 9-cu Ümumdünya Su Forumuna hazırlıq işlərində fəal iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər