Aprelin 1-dən etibarən Özbəkistanda koronavirusa qarşı kütləvi peyvəndləmə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti-yə ölkənin sanitar-epidemioloji rifah və ictimai səhiyyə xidməti rəhbərinin müavini Nurmat Otabekov məlumat verib.
O, əhalinin ilkin mərhələdə ölkəyə keçən həftə gətirilən “AstraZeneca” peyvəndi ilə peyvəndlənəcəyini qeyd edib.