Ukrayna və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Siyasi məsləhətləşmələrdə bu il ərzində qarşılıqlı səfərlər, iki ölkə arasında əməkdaşlığın inkişaf strategiyası, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
Qeyd olunub ki, Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə arasında müdafiə, təhlükəsizlik məsələləri və müdafiə sənayesindəki əməkdaşlıq daha da dərinləşdirilməlidir. Müzakirələr zamanı tərəflər bu siyasi məsləhətləşmələrin əməkdaşlığın yeni mərhələsinə töhfə verəcəyini vurğulayıblar.