Venesuela müxalifətinin lideri Juan Quaydo COVID-19-a yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi bildirib.
Şənbə günü müxalifət liderinin testinin nəticəsi pozitiv çıxıb.
Quaydo bəyan edib ki, özü artıq təcrid edilib və ölkədə virusa yoluxanların sayı onu narahat edir.
“Pandemiyadan əziyyət çəkən minlərlə venesuelalı ilə həmrəy olduğumu bildirirəm. Bu gün hamımız qohum və dostuq”, - müxalifət lideri Tvitter hesabında yazıb.