Myanmanın ən gözəl qadını Han Lay Tailandın paytaxtı Banqkokda keçirilən gözəllik müsabiqəsində ölkəsi üçün yardım istəyib.
Teleqraf.com xəbər verir ki, canlı yayımda çıxış edən Han Lay Myanmada baş verənlərə görə göz yaşlarını saxlaya bilməyib.
“Hər vətəndaş ölkəsinin rifah və sülh içində olmasını istəyir. Mən burada çıxış edərkən ölkəmdə bir çox insan həyatını itirir. Onlar üçün çox kədərlənirəm. Xahiş edirəm, Myanmaya yardım edin. Təcili olaraq, beynəlxalq yardıma ehtiyacımız var”, - Han Lay bildirib.
Myanma Siyasi Məhkumlara Yardım Təşkilatının (AAPP) son məlumatına görə, ölkədə hakimiyyətin hərbi xunta tərəfindən ələ keçirilməsindən bəri davam edən etirazlarda 459 nəfər öldürülüb.
Myanma ordusu fevralın 1-də hakimiyyətin ələ keçirildiyini açıqlayıb.