Səudiyyə Ərəbistanında Ramazan ayı ilə bağlı kütləvi ayinlərə hazırlıq davam edir.
Teleqraf.com xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, Kəbə və Peyğəmbər Məscidində təravih namazlarının sayı azaldılıb.
Yeni qərara əsasən, dindarlar təravih namazlarını 20 deyil, 10 rükət qılacaqlar.
Digər tərəfdən Kəbədəki Mataf yalnız təvah ayini üçün açıq olacaq.