28 Oktyabr 2014 22:20
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DXR" və "LXR" separatçılarının hkeçirəcəyi saxta seçkilər bütövlükdə Ukraynada sülh prosesini təhlükə altında qoyha bilər. Teleqraf.com-un UNİAN-a isitnadən məlumatına görə, müvafiq açıqlama ilə Ukraynanın prezidenti Pyotr Poroşenko çıxış edib.

Poroşenko özünün Tvitter səhifəsində separatçıları sülh prosesini pozmaq cəhdində ittiham edib. Digər tərəfdən, o, ABŞ senatoru Ceyms İnxofomla bu gün keçirilən görüşündə bu məqamı bir daha vurğulayıb.

Ukrayna prezidentin sözlərinə görə, separatçıların seçki keçirmək iddiası 5 sentyabr 2014-cü ildə imzlanmış Minsk protokolunun hərfinə və ruhuna kobud şəkildə ziddir: “Onlar bütün sülh prosesini təhlükə altına qoyurlar”.

Poroşenko bildirib ki, Donbasın ayrı-ayrı rayonlarında yerli seçkilər yalnız Ukrayna qanunvericiliyi üzrə ola bilər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər