Gürcüstan prezidenti Georgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə “Novosti Qruziya” agentliyi məlumat yayıb.
“Biz ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması şərti ilə Rusiyaya mehriban qonşuluq və dost münasibətlər təklif edirik və biz bunu müzakirə etməyə hazırıq”, deyə Marqvelaşvili qeyd edib.
Bundan əvvəl o Rusiya ilə səmərəli danışıqlara hazır olduğunu bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Vladimir Putinin də gürcü həmkarı ilə görüşməyə hazır olduğunu qeyd etmişdi.