Argentina Prezidenti Alberto Fernandes koronavirus testinin nəticəsinin müsbət olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, A.Fernandes bunu Tvitterdə bildirib.
“Mən antigen testi verdim, nəticəsi müsbət çıxdı”, – deyə Argentina Prezidenti yazıb.
O qeyd edib ki, yüngül hərarəti və bir qədər də baş ağrısı var.
Martın 12-də Argentina hakimiyyəti ökədə COVID-19 səbəbindən tətbiq olunan fövqəladə epidemioloji vəziyyət rejiminin uzadılmasına qərar verib.