Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya Kralı II Abdullahla telefonda danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi məlumat yayıb.
Görüşdə Türkiyə-İordaniya münasibətləri və bölgədəki son durum müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl II Abdullahın ögey qardaşı, keçmiş vəliəhd Həmzə və ölkənin məhkəmə sisteminin sabiq başçısı İbrahim Avadallah həbs olunub. Hər iki şəxs krala qarşı hakimiyyət çevrilişi hazırlamaqda ittiham olunub.
İddiaya görə, İordaniyadakı ayrı-ayrı qəbilələrlə təmasları sıxlaşdıran Həmzə taxtı ələ keçirmək istəyib.