Türkiyə Milli Müdafiə Nazirliyinin xüsusi təyinatlıları daha bir uğurlu əməliyyata imza atıb. Əməliyyat zamanı 9 PKK terrorçusu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hücum etmək məqsədilə Suriyanın “Sülh çeşməsi” ərazisinə daxil olmaq istəyən terrorçulara qarşı xüsusi təyinatlılar əməliyyat keçirib. Əməliyyat nəticəsində xain hücumlar təşkil etmək niyyətində olan PKK terrorçularının hamısı zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyi isə mart ayı ərzində daxili təhlükəsizlik əməliyyatları nəticəsində 86 terrorçunu məhv etdiyini açıqlayıb. Həmçinin bu müddətdə 16 terror hadisəsinin qarşısı alınıb.