7 Aprel 2021 10:52
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı terror təşkiları (FETÖ), PKK/KCK terror şəbəkələrinin rəhbərləri və yüksək çinli nümayəndələrinin də olduğu 377 nəfərin əmlakı dondurulub.

Teleqraf.com xəbər verir ki, bununla əlaqədar Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin qərarı “Rəsmi Qəzet”də yayımlanıb.

Qərara əsasən FETÖ/PYD, İŞİD, PKK, KCK, DHKP kimi terror təşkilatlarının üzvləri-toplamda 377 nəfərin Türkiyədə olan daşınmaz əmlakı dondurulub.

Daşınmaz əmlakı dondurulan 205 FETÖ üzvü arasında Fətullah Gülənin adı önə çıxıb.

PKK/KCK terror təşkilarının 77 üzvünün əmlakı bloklanıb. Murad Qarailan, Əli Heydər Kaytan, Cəmil Bayık, Duran Kalkan, Hülya Oran, Fəhman Hüseyn və Fərhad Abdi Şirinin adı da siyahıda yer alıb.

Əmlakı dondurulan 9 DHKP terror şəbəkəsi üzvləri arasında Musa Aşoğlu və Hüseyn Fevzi Tekin də var.

İŞİD terror təşkilatının 86 üzvünün Türkiyədə olan daşınmaz əmlakı da bu qərarla dondurulub.


Müəllif: Cavad

Oxşar xəbərlər