ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə həbs ediləcəyi ehtimalından yazıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə satışa çıxarılan ”Gözəl şeylər” adlı kitabında bildirib.
Hanter Bayden atasının seçkilərdə məğlub olacağı təqdirdə həbs ediləcəyi iddiasını irəli sürüb, amma qanunsuz maliyyə əməliyyatlarında iştirakını inkar edib.
“Trampın qələbəsi təkcə demokratiya üçün təhdid deyildi, bu, mənim şəxsi azadlığım üçün də təhdid kimi görünürdü. Atam qalib gəlməsəydi, əminəm ki, Tramp məni cinayət ittihamı ilə mühakimə etməyə davam edəcəkdi”, - Hanter kitabında vurğulayıb.
O, eyni zamanda, Tramp administrasiyası tərəfindən ona qarşı irəli sürülən ittihamları “siyasi” adlandırıb: “İnanıram ki, o siyasi mühitdə mənim nə etdiyim və nə etmədiyim vacib deyildi. Bu hücumların hədəfi mən yox, atam idi”.