İsrail Baş naziri Binyamin Netanyahu ölkəsinin ABŞ-ın İranla imzalayacağı hər hansı bir razılaşmaya bağlı qalmayacağını söyləyib.
Teleqraf.com xəbər verir ki, İsrail hökumətinin başçısı ABŞ-ın dolayı yolla iştirak etdiyi Avstriyanın paytaxtı Vyanada başlayan İranın nüvə anlaşması danışıqlarına münasibət bildirib.
“Dünyadakı ən yaxşı dostlarımıza (amerikalılara) İranla hər hansı bir razılaşmaya bağlı qalmayacağımızı və bu anlaşmanın nüvə silahlanmasına yol açacağını söyləyirəm”, - Netanyahu bildirib.
Netanyahu İranla mümkün nüvə anlaşmasını qəti şəkildə rədd etdiklərini deyib:
“Bizim bağlı qaldığımız bir hədəf var ki, bu da düşmənin bizi məhv etmək üçün hazırladığı sui-qəsdin qarşısını almaqdır”.
Dünən Vyanada Avropa Birliyinin moderatorluğu ilə İran nüvə sazişi ilə bağlı danışıqlar başlayıb. ABŞ danışıqlarda dolayı yolla iştirak edir.