11 Aprel 12:55

Rusiyada son sutkada daha 8 702 nəfər COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 641 390 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 337 nəfər artaraq 102 986-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 265 509 nəfər sağalıb.


Müəllif: Teleqraf.com