12 Aprel 2021 13:59
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Xarici işlər naziri Nikos Dendiasın Ankaraya səfəri üçün Afinada son hazırlıqlar davam etdiyi vaxt, bu gün Egey və Aralıq dənizinin şərqində 100-ə yaxın döyüş təyyarəsinin qatıldığı “İniohos 21” hərbi təlimləri başlayıb.

Teleqraf.com xəbər verir ki, təlimlər 7 ölkənin hərbi qüvvələrinin iştirakı ilə keçirilir.

Aprelin 22-dək davam edəcək təlimlərə Yunanıstandan 40-dan çox “F-16”, “Mirage” və “F-4” qırıcıları, ABŞ-dan 16 ədəd “F-16” döyüş təyyarəsi, 2 ədəd təchizat təyyarəsi və 1 ədəd “MQ-9” tipli dron, Fransadan 11 ədəd “Rafale” və “Mirage” qırıcısı, İsraildən 6 ədəd “F-16”, 6 ədəd “F-15” və 1 ədəd təchizat təyyarəsi, BƏƏ-dən 6 ədəd “F-16” döyüş qırıcısı, İspaniyadan 6 ədəd “F-18” qırıcısı, Cənubi Kiprdən 1 ədəd “AW-130” tipli helikopter qatılacaq.

Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən planlaşdırılan “İniohos 21” təlimləri Yunanıstan Hərbi Dəniz Qüvvələrinin “Lelaps” manevri ilə koordinasiya edilərək həyata keçiriləcək.

“İniohos 21”də əks-hücum, müdafiə, aşkarlama, axtarış, xilasetmə və hədəf təyinetmə ssenariləri məşq ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər