29 Oktyabr 2014 18:00
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı aviazərbərləri davam etdirir.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, ABŞ hərbi komandanlığından yayılan məlumatda son iki gündə İraq və Suriyada İŞİD-ə qarşı 14 hava hücumunun həyata keçirildiyi bildirilir.

Hücumlar nəticəsində İŞİD-ə məxsus zirehli texnika və hərbi bazalar məhv edilib. Qeyd olunur ki, bu zərbələrdən 8-i Kobani şəhərində İŞİD-in nəzarət etdiyi bölgələrə endirilib.

Samir


Müəllif: