15 Aprel 2021 22:43
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora Şimali Koreyadakı mövcud vəziyyət barədə danışıb.

Teleqraf.com xəbər verir ki, səfir Şimali Koreyada durumun deyildiyi kimi olmadığını iddia edib.

Onun sözlərinə görə, Şimali Koreya rəhbərliyinin son vaxtlarda böhranla əlaqədar verdiyi açıqlamalara baxmayaraq, keçən əsrin 90-cı illərində mövcud olan aclıq müşahidə edilmir.

Matseqora hesab edir ki, baş verənləri 90-cı illərlə müqayisə etmək olmaz, çünki o vaxt gedən prosesləri öz gözləri ilə görüb: “İndi Şimali Koreyada vəziyyət asan olmasa da, o dövrdə müşahidə olunan durumun indi olmamasından danışa bilərik”.

“Əsas odur ki, bu gün ölkədə aclıq yoxdur”, - səfir bildirib.

Bundan əvvəl xarici diplomatların əhəmiyyətli hissəsinin Şimali Koreyanı tərk etməsi haqda məlumat yayılıb. Ölkədə ərzaq və dərman çatışmazlığının olduğu iddia edilib.

Şimali Koreya lideri Kim Çen In aprelin əvvəlində ölkədə 1990-cı illərdə baş verən iqtisadi böhran və aclığa bənzər sərt böhranın başlayacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər