Latviyada yerləşən NATO qırıcıları Rusiyanın Hərbi Hava Qüvvələrlərinin təyyarələrini ələ keçirmək üçün havaya qalxıb.
Teleqraf.com-un məlumatına görə, Latviyanın Müdafiə Nazirliyi bildirir ki, Baltik dənizinin üstündə iki dəfə Rusiyanın 2 Su-24 və 2 Miq-31 və 1 Su-27 təyyarələri uçuşlar həyata keçirib. Latviya hərbçiləri iddia edirlər ki, Latviya və başqa Baltikyanı dövlətlərin səmasında belə fövqəladə hadisələr tez-tez olur.
Latviya Müdafiə Nazirliyi Rusiya hərbi təyyarələrinin daim Latviya sərhədlərində uçuşlar həyata keçirdiyini bəyan edib. Nazirlik öz "tvitter" hesabında baş verən xoşagəlməz olayın gün ərzində ikinci belə hadisə olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 5-də Uelsdə keçirilən NATO sammitində Estoniya, Latviya, Litva, Böyük Britaniya, Danimarka, Norveç və Hollandiya vahid hərbi güclərinin yaradılması haqqında razılıq əldə etmişdilər.