İtaliyada keşiş 13 yaşlı qız uşağına təcavüz etdiyini etiraf etdikdən bir neçə gün sonra kilsədə özünü asaraq intihar edib.
Teleqraf.com İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə Triest yaxınlığındakı Santa Croce kilsəsində baş verib. 48 yaşlı Maks Suard, 18 il əvvəl 13 yaşlı qıza cinsi təcavüz etməkdə ittiham olunur. Kilsə daxilində gedən istintaq zamanı keşiş günahını etiraf edib.
«BBC Türk»ün verdiyi xəbərə görə, Suard üzrxahlıq məktubu yazmaq üçün kilsə səlahiyyətlilərindən bir neçə gün icazə istəyib.
Kilsədən verilən məlumata görə, istintaq Suarddan etdiyi hərəkətə görə həm Tanrıdan, həm kilsədən, həm də cinsi təcavüz qurbanından əfv diləmək üçün məktub yazmasını istəyib.
Rüstəm