21 Aprel 2021 08:45
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minneapolisdə (Minnesota ştatı, ABŞ) münsiflər məhkəməsi qaradərili Corc Floydun qətlində ittiham olunan sabiq polis Derek Şovini bütün maddələrlə təqsirli bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə hakim Peter Kehill məlumat verib.

D.Şovin ikinci və üçüncü dərəcəli, yəni qəsdən olmadan, eyni zamanda ehtiyyatsızlıq ucbatından ikinci dərəcəli qətldə təqsirli bilinib. Bu maddələrdən ən ağırı ikinci dərəcəli qətldir ki, buna görə 40 il həbs cəzası kəsilə bilər.

Hakim D.Şovinə təxminən 8 həftə ərzində hökmün çıxarılacağını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər