30 Oktyabr 2014 12:47
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti bu gün Fələstini dövlət kimi rəsmən tanıyacaq.

Teleqraf.com cnntürk.com-a istinadən xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “Haaretz” qəzetində məlumat dərc olunub. Yayılan xəbərdə İsveç hökumətinin məsələ ilə bağlı İsrail hökumətini də məlumatlandırdığı bildirilib.

İsveçin baş naziri Stefan Loefven ölkənin xarici siyasəti ilə bağlı çıxışında Fələstini dövlət olaraq tanıyacaqlarını, ancaq bunun İsrail hökuməti ilə keçiriləcək danışıqlardan sonra baş tutacağını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər