23 Aprel 2021 13:00
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Yunanıstan hökumətinin başçısı açıqlama verib.

“Ərdoğanla görüşəcəyəm, amma bunun nə vaxt olacağını deyə bilmərəm. Görüş olacaq, çünki danışmalıyıq. Bunun tezliklə baş tutacağına inanıram”, - Miçotakis qeyd edib.

Miçotakis iki ölkə arasındakı problemlərin yeganə həllinin beynəlxalq hüquq olduğunu, Türkiyə-Yunanıstan münasibətlərinin artıq Türkiyə-Avropa əlaqələrinə döndüyünü bildirib.

İki ölkə arasında fikir ayrılıqlarına diqqət çəkən baş nazir bununla belə, Türkiyə ilə ortaq dil tapmaq arzusunu da sözlərinə əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər