25 Aprel 2021 08:27
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda yaşayan ermənilər aprelin 24-də Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçiriblər.

Teleqraf.com xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.

Əllərində Ermənistan, Gürcüstan bayraqları və plakatlar olan ermənilər Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.

Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb.

Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilib. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilib.

Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.

Cavab aksiyasına Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc də qoşulub. Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qardaş ölkəyə dəstək olublar.


Müəllif: Teleqraf.com