26 Aprel 2021 15:11
3 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin qondarma soyqırımını tanıması erməni tarixçi Levon Panos Dabbaqyanın bir neçə il əvvəl səsləndirdiyi fikirləri yenidən gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, Dabbaqyan Türkiyə telekanallarından birinə verdiyi müsahibədə Osmanlının ermənilərə qarşı soyqırımı törətmədiyini bildirib.

“Türklər heç vaxt ermənilərə qarşı soyqırımı törətməyiblər. Əlbəttə, xarici müdaxilələrlə bəzi olaylar baş verib, amma ermənilər o dönəmdə Osmanlının təməl sütunlarından biri idi. Bizi türklərlə düşmən edə bilməzsiniz”, - tarixçi bildirib.

Dabbaqyan o dönəmdə ermənilərlə türkləri Rusiyanın üz-üzə qoyduğunu da vurğulayıb.

Dabbaqyan 2010-cu ildə Yalovada keçirilən “Tarixi sənədlər işığında erməni məsələsi” adlı konfransdakı çıxışında da Türkiyənin soyqırımı törətmədiyini, baş verənlərin və bununla bağlı əsassız iddiaların imperiya güclərinin uydurmaları olduğunu söyləmişdi:

“Türklər soyqırımı törətsəydilər, indi burada olmazdım. Biz bu vətən üçün ciyərimizi yandıranlardanıq. Türk ərazilərində belə bir soyqırımın edildiyi iddiası varsa, bu məsələ Türkiyədə həll olunmalıdır. Ermənistanın bu məsələyə niyə daxil edildiyini anlamıram. 77 yaşım var, 50 ilimi bu ölkəyə həsr etmişəm. Bir də olsa, yenə bu ölkəyə həsr etmək istəyərəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər