26 Aprel 2021 13:19
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qondarma iddianı “soyqırım” adlandıran ABŞ Prezidenti Co Bayden tarixi həqiqətləri təhrif və inkar edir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

“ABŞ prezidentinin “soyqırım” ifadəsi işlətməsi, inkar və təhrifdən başqa bir anlam daşımır. Erməni xalqını təmsil etməyən lobbilərin səyləri nəticəsində verilən qərarın məntiqi və əxlaqi izahı yoxdur”, - Akar qeyd edib.

Müdafiə naziri tarixin yenidən yazılmasının mümkün olmadığını bildirib:

“Bilmək lazımdır ki, belə siyasi açıqlamalarla tarixi yenidən yazmaq mümkün deyil. Tarixdən düşmənçilik düzəltmək və yeni qarışıqlıq yaratmaq qəbuledilməzdir. Vaxtilə türk və erməni cəmiyyətləri arasında baş verənləri “soyqırım” adlandırmaq cahillikdir, gələcəyi məhv etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər