26 Aprel 2021 21:56
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə rus dilinin istifadəsi ilə bağlı heç bir problemin olmadığını, eyni zamanda, Rusiya lideri Vladimir Putinlə görüşündə bu məsələni müzakirə etməyə hazır olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna dövlət başçısı ölkədəki rusdilli əhalinin öz ana dilində danışmasında heç bir problemin olmadığını bildirib.

Zelenski Putininin ona Moskvada görüşmək təklifi verdiyini də xatırladıb. Görüşün yer və tarixi ilə bağlı Kremllə əlaqə saxlamaq üçün Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermaka təlimat verdiyini bildirib.

Qeyd edək ki, Vladimir Zelenski bundan əvvəl Putinə işğal edilmiş Donbasda görüşməyi təklif etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər