29 Aprel 2021 19:26
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan və Tacikistan sərhədlərində hər iki ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında toqquşma olub.

Teleqraf.com xəbər verir ki, tərəflər bir-birini münaqişəni böyütməkdə ittiham edib.

Hadisə yerli vaxtla 13:00 radələrində Qolovnoy su paylama məntəqəsinin ərazisində baş verib.

Tacikistan Milli Təhlükəsizlik Xidməti ilk atəş açan tərəfin Qırğızıstan olduğunu iddia edib. Olayın qırğızlar tərəfindən əvvəllər əldə edilmiş anlaşmanı pozaraq, su paylama məntəqəsini qanunsuz ələ keçirmə cəhdləri zamanı baş verdiyi bildirilib.

Qırğızıstanın Batken bölgəsinin başçısının müavini Marufxan Tulayev atışmanın Tacikistan təhlükəsizlik qüvvələrinin əməkdaşlarının davranışları səbəbindən başladığını söyləyib. Qırğızıstan Milli Təhlükəsizlik Xidməti də, eyni iddia ilə çıxış edib.
Qarşıdurma zamanı Qırğızıstanın səkkiz vətəndaşının xəsarət aldığı deyilib.

Tacikistan Qolovnoy su paylama məntəqəsinin yerləşdiyi ərazini öz ərazisi hesab edir. Qırğızıstan da eyni iddianı irəli sürür.
Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 976 kilometrdir, bunlardan yalnız 504-ü delimitasiya və demarkasiya olunub. Problem iki ölkə ərazisində eksklavların olması ilə daha da ağırlaşır. Bütün bunlar tez-tez qarşıdurmanın yaranmasına səbəb olur. Münaqişələr zamanı əsasən daşlardan istifadə olunur, bəzən də silahlı qarşıdurmaya çevrilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər