30 Aprel 2021 00:54
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenskiylə ikitərəfli münasibətlər barədə danışmağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, iki ölkə liderlərinin görüşünün təşkili yönündə hələlik bir irəliləyiş olmadığını da söyləyib:

“Cənab Zelenskidən görüşlər bağlı bir təklif var. Zelenski Rusiya prezidentinə Donbasda görüşməyi təklif etdi. O, Zelenskini danışıqlar aparmaq üçün Moskvaya dəvət etdi”.

Peskov bu dəvətin hələ də qüvvədə qaldığını bildirib.

Onun sözlərinə görə, Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak Ukrayna prezidentinin ofisi ilə daim əlaqə saxlayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər