30 Aprel 2021 10:07
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin şimalında Laq BaOmer bayramının qeyd edilməsi məqsədilə qurulan səhnənin çökməsi nəticəsində 38 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Safed şəhəri yaxınlarında Meron dağında baş verib.

İsrail mediası hadisədən sonra ölüm sayının arta biləcəyini anons edib. Ağır xəstələrin dərhal xəstəxanalara çatdırılması üçün təcili tibbi yardım maşınları və helikopterlər hadisə ərazisinə cəlb olunub.

30.04.2021 03:55

Müəllif: Cavad

Oxşar xəbərlər