1 May 2021 20:30
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şərqində yerləşən Jiangsu əyalətində külək qasırğası 11 yerli sakinin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Nantun şəhər administrasiyasının yaydığı məlumata görə, 100-dən çox insan yaralanıb və xəsarət alıb.

Bəzi yerlərdə diametri 1-3 sm arasında dolu düşüb, küləyin sürəti saniyədə 45 metrə çatıb.

Zərər görmüş rayonlardan 3050 nəfər təcili olaraq təxliyə edilib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması davam edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər