Rusiya Suriya müharibəsi zamanı “Uran-9” robot hərbi texnikalarını sınaqdan keçirmişdi.
Teleqraf.com xəbər verir ki, Moskva hazırda bu texnikalardan yeni ordu qurmağı planlaşdırır.
Rəsmilər Rusiyanın xərclərə ehtiyatla yanaşdığını və yararsız texnikaların istehsalını da dayandırdığını söyləyiblər.
Bir Amerika rəsmisi Rusiya və ABŞ-ın hərbi texnologiyalarda oxşar strategiya həyata keçirdiklərini və bu çərçivədə pilotsuz və ya robot sistemlərə diqqət etdiklərini bildirib.
Amerikalı təhlükəsizlik mütəxəssisi Samuel Bendett qeyd edib ki, Rusiya və Çində hərbi texnologiyaların istehsalında məhdudiyyətlər yoxdur.