Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla qarşıdurma səbəbiylə ölkənin ərazi bütövlüyünün təhdid altında olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, ölkə lideri buna görə sülhü qorumağa kömək edəcək bir komissiya yaratmağı təklif edib.
“28-30 aprel Qırğızıstan xalqı üçün çətin tarixi sınaq və kədər günləri oldu”, - Japarov bildirib.
O, mülki şəxslərin yaranmış vəziyyətdən narahatlıq keçirdiklərini və ölkənin təhlükəsizliyinin qeyri-sabit olduğunu deyib.
Jarapov gələcəkdə Qırğızıstan və Tacikistanın toqquşmalardan çəkinməsinin və problemləri dinc yolla həll etməsinin vacib olduğunu bildirib. O, hər iki ölkəni “sülh komissiyası” yaratmağa çağırıb.
Onun sözlərinə görə, bura Qırğızıstan və Tacikistanın qonşu yaşayış yerlərində yaşayan ağsaqqalları daxil ola bilər.