Suriyada mayın 26-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Suriyanın Ali Konstitusiya Məhkəməsi üç nəfərin namizədliyini təsdiqləyib. Onların arasında hazırkı prezident Bəşər Əsəd də var. Bəşər Əsədin rəqibləri isə Abdallah Sallyum Abdallah və Mahmud Əhməd Maraidir.
Ali Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Cihad əl-Lahham bildirib ki, ərizələri təsdiqlənməyən namizədlər üç gün ərzində apellyasiya şikayəti verə bilərlər.