Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.