5 May 2021 15:30
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövlət televiziyası ABŞ-a qarşı yeni təbliğat xarakterli görüntülər yayımlayıb.

Teleqraf.com xəbər verir ki, simulyasiya edilən videda İran tərəfindən ABŞ Konqresinin binasının havaya uçurulduğu əks olunub.

Video İranın Ali dini lideri Seyid Əli Xomeneinin çıxışından öncə tirajlanıb. İran İnqilab Keşikçiləri Qvardiyasına yer verilən videoda Konqresin binası raket zərbəsi ilə dağıdılıb. Görüntülərdə daha sonra İranın din xadimlərinin müqəddəs şəhər olan Qüdsə doğru yürüş etdikləri görünür.

Görüntülərlə bağlı ABŞ-ın Respublika Partiyasından olan senator Pat Tommey bu sözləri deyib:

“İran İnqilab Keşikçiləri Qvardiyası Konqres binasını havaya uçurduğuna dair saxta video tirajlayıb".


Müəllif: Cavad