31 Oktyabr 2014 13:24
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 20 milyard dollara Türkiyənin Mersin şəhərində inşa edəcəyi nüvə stansiya ilə bağlı işlər davam etdirilir.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, inşa işləri hər iki ölkənin ətraf, mühit və şəhərsalma nazirlərinin təqdim olunan hesabata razılığından sonra başlanacaq.

Türkiyədə nüvə stansiya quracaq Akkuyu şirkətinin əməliyyat rəhbəri Oleq Titov verdiyi açıqlamada lazımi tədbirlərin görüldüyünü və növbəti ayda işlərin başlanacağına ümid etdiyini deyib.

Hazırlanan hesabata görə, layihəyə etirazı olan hər bir şəxs 10 iş günü ərzində Mersin İcra Hakimiyyətinə və ya Nazirliyə müraciət edə bilər.

Titov hesabatın son formasının noyabrda baxılacağını qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər